EN

Qalyamovdan iddia: "Elita hələ ki, Putini devirmək fikrində deyil, lakin..." 

Rusiya hakimiyyəti daxilində çatlar böyüyür.

Referans.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq, prezident Putinin keçmiş spiçrayteri (çıxış mətnlərini yazan-red.) Abbas Qalyamov köşə yazısında bildirib.

“Rusiya elitaları Putindən narazıdırlar, lakin onu devirməyə çalışmırlar. Onların itirəcəkləri bir şey var və risk etmək istəmirlər”,- deyə Qalyamov qeyd edib.

Ekspert Kremldə hakimiyyətdaxili qruplar arasında ziddiyyətlərin artmaqda olduğunu vurğulayıb. Bununla o, “şahinlər” və “texnokratlar” arasında münaqişənin kəskinləşməsinə işarə edib.

Birincilər (şahinlər) total müharibənin tərəfdarıdır: Patruşev və Seçinin başçılıq etdiyi “şahinlər” hesab edir ki, ölkə müharibəyə cəlb olunduğuna görə, problemə davam etmək lazımdır. Bunun içində seçkiləri ləğv etmək, hərbi vəziyyət tətbiq etmək, kütləvi səfərbərlik və repressiyalara başlamaq, iqtisadiyyatı milliləşdirib müharibə vəziyyətinə salmaq var.

Onlara qarşı çıxan “texnokratlar” müharibənin özünə qarşı deyil, onun eskalasiyasının qarşısının alınmasının tərəfdarıdırlar. Onlara görə, kütləvi səfərbərlikdən qaçmaq daha yaxşıdır, iqtisadiyyat bazarda qalmalıdır, repressiya minimal olmalıdır, Qərblə münaqişə minimuma endirilməli, Ukrayna tükənməli, danışıqlara getməyə məcbur edilməlidir”.

Ekspertin fikrincə Zolotov, Rotenberq klanı və baş nazirin birinci müavini Belousov da “şahinlər” arasındadır. “Texnokratlar”a Kovalçuk, Çemezov, Kiriyenko, Mişustin, Sobyanin və Dümin klanı daxildir.

"Vəziyyət pisləşdikcə qarşıdurmanın dərəcəsi də artacaq. Kimsə rəqiblərini həbs etməyə başlayacaq, kimsə parlamentdə və mediada rəqiblərini geniş miqyasda tənqid edəcək, kimsə məhkəmələrdən istifadə edəcək, kimsə küçəni işə cəlb etmək qərarına gələcək ", - deyə ekspert proqnozlaşdırır.

Chosen
587
2
oxu.az

10Sources