EN

Sərhəd görüşünün yeni detalları: müəmmalı ağ bina... - Foto

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistanın baş naziri Mqer Qriqoryanın dünən Qazax-İcevan (Karvansaray) sərhədində baş tutan görüşündə müəyyən razılaşmalar əldə olundu. Bu razılaşmaların praktiki müstəvidə işləyəcəyi hələ də sual altında olsa da, sərhəddə yaşayan erməni əhalisi ümidlidir.
BUTA.TVPublika.az-a istinadən xəbər verir ki, Azadlıq radiosunun erməni xidmətinin çəkiliş qrupu görüşün keçirildiyi ərazidə olub, erməni əhalisi ilə danışıb. Erməni əhalisi bildirib ki, onları anklavlar məsələsi maraqlandırsa da, rəsmi məlumatda bu haqda heç nə ilə rastlaşmayıblar. “İndi sərhədi müəyyən etsələr, ortaq mövqe tapa bilərik. Bizim əkin sahləri var, istəsələr tərk edə bilərik, əvəzində başqa yerdən versinlər. Vaxtilə azərbaycanlılarla mehriban şəraitdə yaşayırdıq”, - sakinlərdən biri deyib. Yerli sakinlərin dediyinə görə, əvvəllər görüşlər sərhəddəki ağ binada baş tutub. Ora əsirlərin dəyişdirilməsi, atəşkəslə bağlı razılaşmalar və digər məsələlərin müzakirə yeri kimi tanınır. Dünənki görüşün ermənilərin “ağ bina” adlandırdıqları yerdə keçirilib-keçirilmədiyi isə məlum deyil.

Ermənilər danışır ki, İcevan sərhədində abadlıq işləri aparılır, eyni adablıq işlərinin Qazax tərəfdən də həyata keçirildiyini müşahidə edirlər və düşünürlər ki, bütün bu işlər yolların tezliklə açılmasına hazırlıqdır. Hərçənd, bu haqda heç bir rəsmi məlumat yoxdur.

Chosen
79
14
buta.tv

10Sources