"Milan"ın fransalı mərkəz müdafiəçisi Pyer Kalulu karyerasını "Yuventus"da davam etdirəcək.
"Unikal" xəbər verir ki, 24 yaşlı futbolçunun transferini "Biankoneri"nin mətbuat xidməti də təsdiqləyib.
Turin klubu fransalı futbolçunu cari mövsümün sonuna kimi daha çox almaq imkanı ilə icarəyə götürüb.
İtaliya mətbuatının yazdığına görə, icarə "Yuventus" üçün 3,3 milyon avroya başa gələcək və "qoca sinyora" mərkəz müdafiəçisini 14 milyona ala bilər.
Ağarza Elçinoğlu