Yayımlandı: 23 Avqust 2024 13:54 Ölkə rəhbərləri görüşlə bağlı da razılığa gəliblər Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə avqustun 23-də Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, tərəflər Rusiyanın dövlət başçısının Azərbaycana səfərini müzakirə ediblər. Qeyd olunur ki, Vladimir Putin Nikol Paşinyanla Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb və buna görə Ermənistanın Baş naziri ona minnətdarlığını bildirib. “Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyinə dair məsələləri müzakirə etmək üçün fürsət əldə etmək və yaxın gələcəkdə görüşmək barədə razılığa gəliblər”, – deyə mətbuat xidməti əlavə edib. Avqustun 18 və 19-da Azərbaycanda olan Rusiyanın dövlət başçısı Vladimir Putin Azərbaycanla Rusiya arasında “Müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında” Bəyannamənin uğurla yerinə yetirildiyini bildirmişdi. Rusiya rəhbəri bildirib ki, ölkəsi Bakı ilə Yerevan arasında münasibətlərin nizamlanmasında hər iki tərəf üçün vacib olduğu qədər iştirak etməyə hazırdır. O həmçinin demişdi ki, İlham Əliyevlə apardığı danışıqların nəticələrini Azərbaycana səfərindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla da müzakirə edəcək: “Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar”. Meydan TV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта