RU

Türkiyədən Azərbaycana pul köçürmələri 11 mln. dollardan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Türkiyədən fiziki şəxslər tərəfindən cari ilin yanvar-iyun aylarında Azərbaycana 82 milyon 293 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16.4% (11 milyon 619 min dollar) çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 70 milyon 674 min dollara bərabər olub. 

Qeyd edək ki, 6 ayda Türkiyədən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 14.5% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
51
5
banco.az

6Источники