Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Offsideplus.az xəbər verir ki, yarışa İordaniya və Finlandiya komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova ilə qarşılaşıb və 3:1 hesabla qalib gəlib.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov və Aydın Süleymanlı qələbə qazanıb, Nicat Abasov və Məhəmməd Muradlı isə heç-heçə edib.
Nikaraqua və Avstraliyaya qalib gələn qadınlardan ibarət yığmamız isə Argentina ilə görüşdən 2:2 hesabla ayrılıb.
Olimpiadada Günay Məmmədzadə və Xanım Balacayeva heç-heçə edib. Ülviyyə Fətəliyeva uduzub, Gülnar Məmmədova isə qalib gəlib. Komandanın kapitanı Mixail Şereşevskidir.