Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.
Axar.az xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi növbəti profilaktik tədbirlər nəticəsində 7 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.