Vaşinqton Ukraynanın qarşıdan gələn qışda məğlubiyyətə uğraya biləcəyindən ehtiyat edir.
Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşr qeyd edir ki, Rusiya komandanlığı Ukraynanın enerji infrastrukturunu məhv etmək məqsədi daşıyaraq hava hücumlarının taktikasını dəyişir.
Ukrayna hakimiyyəti hesab edir ki, üç AES-in bağlanması ölkə iqtisadiyyatını əhəmiyyətli dərəcədə sarsıda və onun mümkün sülh danışıqlarında mövqeyini zəiflədə bilər.
Nəşrin yazdığına görə, bu təhdidlər ABŞ prezidenti Co Bayden administrasiyasının ATACMS və "Fırtına Kölgəsi" kimi silahların ötürülməsinə qoyulan məhdudiyyətləri nəzərdən keçirmək qərarına təsir edib.