Almaniyanın Köln şəhərində “Vanity Club Cologne”də partlayış baş verib. “Bild”in məlumatına görə, ən azı bir nəfər ağır yaralı xəstəxanaya yerləşdirilib.
Həlak olanlar barədə hələlik rəsmi məlumat yoxdur. Nəşrin məlumatına görə, partlayış klubun girişində baş verib. Binanın sahibi “Bild” ilə söhbətində hadisəni “terror” adlandırıb. Yerli “Klner Stadt-Anzeiger” qəzetinin məlumatına görə, partlayış zamanı klubda diskoteka olub. Hazırda hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.
Şəhər polisinin X sosial şəbəkəsindəki hesabı vətəndaşları partlayış baş verən ərazidən qaçmağa çağırıb və geniş polis əməliyyatı elan edib. Almaniyanın “Express” tabloidi müşahidə kameralarının görüntülərinə istinadən xəbər verir ki, partlayışdan az əvvəl kapüşonlu bir adam klubun girişinə yaxınlaşıb. Çantasını girişin qabağına qoyub getdi. Bundan az sonra partlayış baş verib.
//Samir Qurbanov, Editor.az