Ölkə əhalisinin yarıdan çoxu Bakı, Abşeron və Sumqayıtda yaşayır? – Statistika
Ötən il Azərbaycanda əhali tərəfindən 6 milyard 625,8 milyon kVt/saat elektrik enerjisi istehlak edilib. Yeniavaz.comaçqılanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istehlak olunan elektrik enerjisinin 43,4%-i və ya 2 milyard 874,2 milyon kVt/saatı Bakı sakinlərinin payına düşüb. Bakıdan sonra elektrik enerjisi ən çox aşağıdakı şəhər və rayonlarda istehlak olunub: Abşeron rayonu – 452,7 milyon kVt/saat; Sumqayıt şəhəri – 242,8 milyon kVt/saat; Gəncə şəhəri – 186 milyon kVt/saat; Şəmkir rayonu – 110,4 milyon kVt/saat; Bərdə rayonu – 108,6 milyon kVt/saat; Ağcabədi rayonu – 105,9 milyon kVt/saat; Lənkəran rayonu – 104 milyon kVt/saat; Sabirabad rayonu – 103,1 milyon kVt/saat; Cəlilabad rayonu – 102,4 milyon kVt/saat; Masallı rayonu – 102 milyon kVt/saat;
Açıqlanan məlumatlardan da göründüyü kimi, əhali tərəfindən istehlak olunan elektrik enerjisinin yarıdan çoxu – 54,4%-i və ya 3 milyard 569,7 milyon kVt/saatı Bakı, Abşeron və Sumqayıtın payına düşüb. Onu da qeyd edək ki, ötən il işğaldan azad olunan rayonlarda məskunlaşan əhali tərəfindən istehlak olunan elektrik enerjisi aşağıdakı kimi olub: Şuşa rayonunda – 1,1 milyon kVt/saat; Xankəndi şəhərində – 0,9 milyon kVt/saat; Kəlbəcər rayonunda – 0,9 milyon kVt/saat; Zəngilan rayonunda – 0,6 milyon kVt/saat; Qubadlı rayonunda – 0,4 milyon kVt/saat; Xocavənd rayonunda – 0,4 milyon kVt/saat; Laçın rayonunda – 0,1 milyon kVt/saat; Cəbrayıl rayonunda – 0,1 milyon kVt/saat.