RU

Minik maşını "KamAZ"la toqquşdu - xəsarət alan var

Astarada yol qəzası olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində baş verib.

 Hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb. 

Qəza nəticəsində "VAZ-2106"-da olan Astara rayon Səncərədi kənd sakini 2002-ci il təvəllüdlü Dinar Yaşar oğlu Hacızadə xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
5
bakivaxti.az

10Источники