Moskvanın mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, ikisi polis əməkdaşı olmaqla üç nəfər yaralanıb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Təxminən 30 nəfərin polisə aparıldığı da qeyd edilib.
Daha əvvəl bildirilib ki, şirkətin təsisçisinin əri Vladislav Bakalçukun şirkətin ofisinə qanunsuz daxil olmağa çalışıb. Atışma nəticəsində 3 nəfər yaralanıb, ofis işçiləri təxliyə edilib.