RU

Masallıda alkoqolizm və narkomaniyaya qarşı tədbir keçirilib –FOTOLAR

Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Tütünçəkmə, alkoqolizm və narkomaniyaya qarşı mübarizə” adlı layihənin icrasını davam etdirir.

4 ay müddətində Lənkəran, Masallı, Yardımlı, Biləsuvar, Şamaxı rayonlarında və Bakı şəhərində həyata keçiriləcək layihənin məqsədi tütünçəkmə, alkoqolizm və narkotik vasitələrin orqanizmə tibbi təsirləri, tütün, alkoqol və narkotik asılılığı və onlara qarşı mübarizənin aparılması yolları haqda maarifləndirmədir .

Layihə çərçivəsində növbəti tədbir sentyabrın 12-də Masallı şəhərində təşkil edilib. 20 nəfərin iştirak etdiyi tədbirin təlimçiləri həkim narkoloq Ayxan Bağırov və hüquq müdafiəçisi Nabat Qəniyeva idi.

Tədbir maarifləndirmə , müzakirələrdən ibarət olub.

Həkim-narkoloq tütünçəkmənin və alkoqolizmin tibbi fəsadları haqda aşağıdakı mövzularla bağlı məlumat verib;

  • Tütünçəkmə və onun əsas mahiyyəti,
  • Tütünçəkmə səbəbindən yarana bilən xəstəliklər, tütünçəkmədən imtina etməyin xeyri.
  • Alkoqolizm haqda ümumi məlumat
  • Alkol sərxoşluğu və törətdiyi fəsadlar
  • Alkoqolozmin törətdiyi fizioloji, orqanik və sosial fəsadlar.
  • Alkoqolizmin proqredientliyi, inkişafı və mərhələləri.
  • Qadınlarda və yeniyetmələrdə alkoqolizmin xüsusiyyətləri.
  • Alkoqolizmin müalicəsi (Farmakoloji və psixoterapiya).

Narkomaniya ilə bağlı isə həkim-narkoloq aşağıdakı mövzularda çıxış edib;

  • Əsas anlayışlarin izahi
  • Narkomaniyanın tarixi
  • İnsanlar narkomaniya adlanan tora necə düşürlər?
  • Narkotiklərdən asıllıqın yaranma səbəbləri
  • Narkomaniyanin törətdiyi fəsadlar
  • Narkotik istifadə zamanı iynədən yoluxa bilinəcək xəstəliklər
  • Narkomnaiya ilə necə mübarizə aparılmalı
  • Narkomaniyadan əziyyət çəkənlərin xilası.
  • Narkotik vasitələrin prekursorlarının və analoqlarının apteklərdə bəzən reseptsiz satılması.

Təlimçi N. Qəniyeva slayd vasitəsi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təqdimat edib.

Sonra müzakirələr üçün şərait yaradılıb, suallara cavab verilib.

 

Избранный
60
7
azpost.info

8Источники