Narkotik alverçiləri üçün ölüm cəzası tətbiq etmədən ABŞ-da narkotik epidemiyasının öhdəsindən gəlmək mümkün deyil.
Ucnoqta.az xəbər verir ki, bu fikri Amerikanın keçmiş lideri, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Fox News-da bildirib..
“Bunu dayandırmağın yeganə yolu narkotik alverçiləri üçün ölüm hökmünün tətbiq edilməsidir, lakin ölkəmiz buna hazır olub-olmadığını bilmirəm.
Fikir verin, hər bir narkotik alverçisi orta hesabla 500 nəfəri öldürür. Oğlunu, qızı və ya valideynini fentanildən itirmiş bir çox ailə tanıyıram”. - qeyd edib.