RU

Payızın sağlamlıq deposu qidaları

Havaların soyuması və payızın dəyişən havası bizdən immun sistemimizi daha çox qorumağı tələb edir. Bu dövrdə pəhrizimizə əlavə etdiyimiz bəzi qidalar bizi xəstəliklərə qarşı qorumağa və enerji səviyyəmizi yüksək tutmağa kömək edir.

"Unikal" payızda istehlak edilməsi lazım olan qidaları təqdim edir:

Brokoli
Tərkibində sulforafan adlı antikanserogen maddə də var ki, o da daxili orqanları aktivləşdirir.

Kələm
Tərkibindəki yüksək askorbin turşusu sayəsində güclü antioksidant mənbəyidir və xəstəliklərə qarşı qoruyaraq immunitetimizi gücləndirir. Tərkibində K və C vitaminləri var.

Pırasa
İltihab əleyhinə olan pırasa, mövsümi keçidlərdə xəstəliklərə qarşı olduqca əhəmiyyətlidir və immunitetimizi gücləndirir.

Balqabaq
Tərkibində su, lif, kalium, beta-karoten, askorbin turşusu var və lutein, zeaksantin kimi antioksidanlar da çox yüksəkdir. Həm kalori, həm də mikroelement baxımından arıqlamaq istəyənlər üçün mükəmməl qida hesab olunur.

Kök
Tərkibindəki beta karotin sayəsində göz sağlamlığı və xəstəlikləri üçün əvəzolunmaz qidadır.

Çuğundur
Folat və C, K vitamini ilə zəngindir. Tərkibindəki mikroelementlər sayəsində qan təzyiqini aşağı salır.

Alma
C, A, K, B6 və E vitaminləri və flavonoidlər beyin sağlamlığı, bağırsaq və ürək üçün vacibdir. Hər alma növünün vitamin və mineral tərkibi fərqlidir.

Nar
O, vitamin və mineralların, eləcə də kalium, kalsium və dəmir minerallarının, həmçinin A, C, K, B vitaminlərinin və fol turşusunun mənbəyidir. Orqanizmi hər cür xəstəliklərə qarşı qoruyur və xəstəliklərin qarşısını alır.

Kivi
Tərkibində yüksək miqdarda C, K və E vitaminləri var. O, həm də antioksidant mənbəyidir. Əksər meyvələrin 1 kilosunda olan C vitamini, 2 ədəd kividə vardır.

Balqabaq
Tərkibində lif, antioksidant vitaminlər, B vitaminləri, manqan, maqnezium və kalium var. Xüsusilə mövsümi keçidlərdə istehlak edilməsi lazım olan qidadır.

Zərifə Nağıyeva 


 

Избранный
33
50
unikal.az

10Источники