Çin kosmosa "BeiDou" Peyk Yerləşdirmə Sistemininbir hissəsini təşkil edəcək iki peyk göndərib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən “Long March-3B” daşıyıcı raketi ilə iki “BeiDou-3” peyki kosmosa buraxılıb.
"BeiDou" şəbəkəsinin 59-cu və 60-cı hissələri olan peyklər orbital sınaqlar aparıldıqdan sonra işə salınacaq. Buraxılış "Long March" raketləri ilə həyata keçirilən 535-ci uğurlu nəqliyyat missiyası idi. Çin hökuməti ABŞ-ın GPS qlobal yerləşdirmə sistemindən hərbi asılılığını azaltmaq üçün BDS hazırlayır.
"BeiDou" peyk şəbəkəsi üçün ilk peyk 2000-ci ildə buraxılmışdır. Dörd peykdən ibarət “BDS-1” şəbəkəsinin ardınca 26 peykdən ibarət “BDS-2” və 40 peykdən ibarət “BDS-3” şəbəkəsi ilə sistem inkişaf etdirilir. “BDS-4” adlı yeni nəsil peyk şəbəkəsinin 2035-ci ilə qədər sistemə əlavə edilməsi hədəflənir.