ABŞ rəsmiləri Rusiya ilə əməliyyatlara davam edəcəkləri təqdirdə Türkiyənin maliyyə qurumlarını sanksiyalarla hədələyib.BUTA.TV xəbər verir ki, bu barədə TASS Türkiyə maliyyə konsaltinq sahəsindəki mənbəyə istinadən məlumat yayıb. “ABŞ-dan nümayəndə heyəti gəlmişdi. Onların nümayəndələri Rusiya ilə münasibətləri davam etdirdiklərinə görə ölkəmizdəki bankları üstüörtülü sanksiyalarla hədələyib”, - mənbə bildirib.