Leysan yağıb, külək əsib - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.AzFakt.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.Düşən yağıntının miqdarı Qrızda 6 mm, Şahdağda 4 mm, Kəlbəcər, Qax (Sarıbaş), Ordubadda 3 mm, Şəki, Xınalıq, Daşkəsən, Gədəbəy, Biləsuvar, Yardımlı, Lerik, Astara, Göygöl, Zaqatala, Qubada 2 mm-dək olub.Şərq küləyi arabir Culfada 20 m/s-dək güclənib.Daşkəsən, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 30, Aran rayonlarında 27, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.
Xəbərin oxunma sayı :
49
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта