RU

Böyük Britaniyanın keçmiş baş naziri Ukraynanı təcili olaraq NATO-ya qəbul etməyə çağırıb

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib ki, Ukraynanın dərhal NATO-ya daxil olması “Rusiya ilə münaqişəyə son qoymaq yolunda yeganə böyük addım olacaq”.

O, bu barədə "The Spectator" jurnalı üçün yazdığı məqalədə qeyd edib.

Siyasətçinin fikrincə, Şimali Atlantika Alyansına qoşulmaq silahlı münaqişədə iştirak edən hər iki tərəfə “inam, ümid və aydınlıq” gətirəcək. Bundan əlavə, alyans nizamnaməsinin 5-ci maddəsinə əsasən təhlükəsizlik zəmanətini bütün ərazisinə şamil etmək üçün Ukrayna münaqişə bitməmiş alyansa qoşulmağa dəvət oluna bilər.

“Biz bunu yaxın bir neçə ayda etməliyik, çünki bu, münaqişəni sona çatdırmaq üçün ata biləcəyimiz yeganə ən böyük addımdır”,- deyə Conson vurğulayıb.

Избранный
16
16
aznews.az

10Источники