RU

Fazil Qasımovun vəsatəti təmin edilməyib

İstanbul Universitetinin doktorantı, hazırda saxta pul hazırlamaqda ittiham olunduğu üçün həbsdə olan iqtisadçı Fazil Qasımovun həbs-qətimkan tədbirinin dəyişdrilməsi ilə bağlı qaldırdığı vəsatət təmin edilməyib. Bu barədə onun vəkili Rövşanə Rəhimova məlumat verib. 
 
Fazil Qasımov ona qarşı açılan cinayət işini siyasi xarakter daşıdığını deyib və bildirib ki, Penitensiar xidmətin tibb müəssisəsində hər gün 1-2 nəfər dünyasını dəyişən ağır xəstələrlə bir şöbədə saxlanılır. 
 
Fazil Qasımov 98 gündür aclıq aksiyası keçirir. 
 
İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana aparılıb və Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Onun həbsinin analoji ittihamlarla üzləşən Qubad İbadoğlunun işi ilə bağlı olduğu bildirilir. 
 
Qubad İbadoğlu hazırda səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. 
 
Aytac 


www.anews.az
Избранный
44
3
anews.az

7Источники