RU

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Şamaxı”ya qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start veriləcək. İlk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Kəpəz” “Şamaxı”nı qəbul edəcək. Gəncə təmsilçisi bu oyunda uğursuz gedişata son qoymağa çalışacaq.

Turun mərkəzi oyunu da ilk oyun gününə təsadüf edəcək. Belə ki, son çempion “Qarabağ” doğma meydanda əvəzli rəqibi “Neftçi” ilə üz-üzə gələcək.

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu sabah keçiriləcək. Sonuncu oyun günündə (22 sentyabr) isə “Səbail” “Sabah”ı, “Sumqayıt” “Zirə”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
7-ci tur
20 sentyabr

“Kəpəz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu, 17:00.

“Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
“Azersun Arena”, 20:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
4
busaat.az

10Источники