Bakı, 20 sentyabr, AZƏRTAC
Misli Premyer Liqasının VII turunda üz-üzə gələn "Qarabağ" və "Neftçi" komandaları arasında derbidə ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, "Azersun Arena"da keçirilən görüşün 29-cu dəqiqəsində Ağdam təmsilçisinin heyətində Olavio Juninyo fərqlənib.
Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.
20:27
Misli Premyer Liqasının VII turunda üz-üzə gələn "Qarabağ" və "Neftçi" komandaları arasında derbidə hesab açılıb.
AZƏRTAC xəbər verir ki, "Azersun Arena"da keçirilən görüşün 18-ci dəqiqəsində qonaqların heyətində Robert Bauer avtoqol müəllifi olub.
Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.
20:00
Misli Premyer Liqasının VII turunda "Qarabağ" və "Neftçi" komandaları arasında derbi oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, "Azersun Arena"da keçirilən görüş saat 20:00-da start götürüb.
Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edir.