"Dərnəgül"-"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Elmlər Akademiyası" stansiyasında olarkən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub. Bu səbəbdən də maşinist qapıya baxış keçirib".
Bunu Mynews.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Qurum rəsmisi əlavə edib ki, tələblərə uyğun olaraq sərnişinlər düşürülüb və qatar elektrik deposuna yola salınıb: "Əvəzində ehtiyat qatar verilib. Bunun nəticəsində xəttə iki qatar arasında intervaldan əlavə olaraq 4 dəqiqə yuvanma qeydə alınıb".