Misli Premyer Liqası: “Qarabağ”ın oyunu FIFA referisinə tapşırıldı
Misli Premyer Liqasının IX turunda keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb.
aia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Kəpəz” və “Neftçi” komandaları arasında baş tutacaq açılış matçı Rəşad Əhmədova həvalə olunub.
Turun son qarşılaşması olan “Sumqayıt”– “Qarabağ” görüşünü isə FIFA referisi Elçin Məsiyev idarə edəcək.
4 oktyabr
17:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev