RU

Peskovdan Kamala Harrisin Putin haqqında dediklərinə REAKSİYA

ABŞ hakimiyyətinin Rusiya prezidenti Vladimir Putinə ünvanladığı təhqiramiz ifadələr ABŞ siyasi mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib və bu, təəssüf doğurur.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Bundan əvvəl ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris respublikaçı rəqibi Donald Trampı jurnalist Bob Vudvordun "Müharibə" kitabında təqdim olunan məlumatlara görə tənqid edib.

Trampı Putinlə təmasda olduğu iddiasına görə tənqid edən Harris Rusiya prezidentini "qatil diktator" adlandırıb.

"Görünür, bu cür lüğət indi Amerika isteblişmentinin siyasi mədəniyyətinin bir hissəsidir", - Peskov bildirib və əlavə edib ki, ABŞ nümayəndələrində "daxili nəzakət hissi" yoxdur.
Bundan əlavə, Rusiya prezidentinin mətbuat katibi xatırladıb ki, Putin heç vaxt heç kimə, hətta dost olmayan dövlətlərin liderlərinə qarşı təhqiramiz ritorikadan istifadə etməyib.

Bizim.Media

Избранный
71
12
bizim.media

10Источники