RU

Payızda davamlı olaraq yuxulamaq bu xəstəliklərin əlamətidir – XƏBƏRDARLIQ

Sərin payız günlərində bəzi insanlar davamlı olaraq yuxulayır. Bəzən bunu gecələr az yatmaqla əlaqələndirirlər. Lakin, həkimlər deyir ki, payız yuxululuğu bəzən ağır xəstəliyin əlaməti ola bilər.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, payız yuxululuğu insanların ən çox şikayət etdiyi məsələlərdən biridir. Hətta ən qısa payız günlərində belə insanlar gün boyu mürgüləyirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Fiziki və zehni TÜKƏNMƏ - Özümüzü niyə bu qədər yorğun HİSS edirik?


Rusiyalı həkim Karina Agibalovanın fikrincə, bəzən mövsümi yuxululuq ciddi xəstəliklərin varlığını göstərir:

“Belə xəstəliklərin siyahısına şəkərli diabet, ateroskleroz, anemiya, ürək çatışmazlığı və hətta xərçəng daxildir. Payız günlərdə yuxulamaqla paralel susuzluğunuz, tərləməniz varsa, ürək döyüntüləriniz artırsa, iştahınız yoxdursa və çəki itirirsinizsə hökmən həkimə müraciət edin. 

Bundan əlavə, payızın bu və digər xəstəliklərindən sığortalanmaq üçün gün ərzində təmiz havada olmağa, yuxunuzu normallaşdırmağa çalışın.

Daha yaxşı yuxu üçün qulaqlıqlardan istifadə edin. Səs-küydən və işıqdan qaçın, qaranlıq pərdələr arxasında dincəlin. Bundan əlavə qəhvə və spirtli içkilərin istehlakını azaldın, yağlı, ədviyyatlı, ağır qidalardan bir qədər uzaq durun. Müntəzəm fiziki fəaliyyətlə məşğul olun”. 

Surxay Atakişiyev, Bizim.Media

Избранный
331
49
bizim.media

10Источники