RU

Gürcüstanda hakimiyyət dəyişikliyi Bakı ilə münasibətlərə təsir edəcəkmi? (ŞƏRH)

"Gürcüstanda qərbyönümlü qüvvələrin hakimiyyətə gəlişinin Tiflislə Bakı arasında münasibətlərə bilavasitə təsir edəcəyinə inanmıram. Amma hər halda müəyyən dəyişikliklərə də səbəb olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev deyib.

Ekspert bildirib ki, Gürcüstanda hakimiyyət dəyişikliyi və qərbyönümlü iqtidarın iş başına gəlməsinin Azərbaycanla dövlət olaraq münasibətlərə hansısa ciddi təsir etməyəcək:
 


"Çünki həm beynəlxalq, həm də regional bağlar çox möhkəmdir. İstənilən hakimiyyətin, Gürcüstan, hətta Ermənistan hakimiyyətinin də bu bölgədə Azərbaycana ehtiyacı var. Bakı ilə Tiflis arasında olan strateji maraqlar çox dərindir. Ona görə də  Gürcüstanda qərbyönümlülərin hakimiyyətə gəlişinin Tiflisin Bakı ilə münasibətlərinə bilavasitə təsir göstərəcəyinə inanmıram". 

Bununla belə, həmsöhbətimizin fikrincə, sözügedən vəziyyət müəyyən dəyişikliklərə də səbəb olacaq:

"Xüsusən də, Qərbin bölgədə möhkəmlənməsi baxımından Gürcüstanda hakimiyyət dəyişikliyi təsirsiz ötüşməyəcək. Hər halda demokratiya, insan haqları məsələsinə yanaşma baxımından bölgə daha həssas olacaq. Fundamental olaraq isə  Gürcüstanda hakimiyyət dəyişikliyi Azərbaycanla münasibətlərə hər hansı bir təsir göstərməyəcək. Hər gələn hökumətə  görə, münasibətlər dəyişsəydi, burada çox  şeylər baş verə bilərdi. Bakı ilə Tiflis arasında olan bağlar iqtisadi, geopolitik, Türkiyə ilə əməkdaşlıq məsələləri baxımından Gürcüstanın istənilən hakimiyyətinə lazımdır".

Rüfət Sultan
Избранный
58
1
qaynarinfo.az

10Источники