ABŞ-ın Strateji Komandanlığı “Global Thunder 25” adlı illik nüvə hazırlığı təliminə başlayıb.
APA xəbər verir ki, bu barədə ABŞ-nin sözügedən Komandanlığı məlumat yayıb.
“Təlimlərin məqsədi nüvə qüvvələrinin hazırlığının artırılması və təhlükəsiz, etibarlı və effektiv strateji çəkindirmənin təmin edilməsidir”, - məlumatda deyilir.