RU

"Paşinyanın bu açıqlaması manipulyasiyadır, əgər sülh müqaviləsində maraqlıdırsa..." - Politoloq

Dünən Ermənistan parlamenti Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib. Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar iştirak edib. Müxalifətdən olan deputatlar isə əvvəldən qanun layihəsinin müzakirəsini boykot edəcəyini açıqlayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi müsbət prosesdir:

 

“Ötən gün Paşinyan Azərbaycana hücum olmayacağını qeyd edib. O, bütün qonşu dövlətlərin ərazi bütövlüyünü tanıdıqlarını və bununla bağlı de-yure öhdəliklər götürməyə hazırolduqlarını bildirib. Amma Paşinyanın bu açıqlaması manipulyasiyadır. Əgər Nikol yekun sülh müqaviləsində tam maraqlıdırsa, qanunvericilik bazasında Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı və Zəngəzur dəhlizinin açılmasına tam razı olmalıdır”.

 

Politoloq qeyd etdi ki, hazırda Kazanda keçirilən BRİCS sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşməsi üçün də müsbət atmosfer var:

 

“Ola bilər ki, ikitərəfli konfidensial danışıqlar baş tutsun. ABŞ isə Rusiyanın vasitəçiliyi ilə danışıqlarda və sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Ona görə də Ağ Ev rəhbəri Co Bayden açıq şəkildə hər iki liderə məktub göndərərək prosesi sürətləndirməyə çağırır”.

 

Günay Rəsulqızı

Избранный
70
17
sfera.az

10Источники