Bu ilin sentyabr ayının sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 401 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
FED.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin ilk üç rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bu, 2023-ci ilin 9 ayı ayının göstəriciləri ilə müqayisədə 6 nəfər və ya 0,3 % çoxdur.
2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.
BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Xatırladaq ki, 2023-cü ilin üçüncü rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 395 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. (Report)