RU

Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib (FOTO)

Bakı. Trend:

Noyabr ayının 5-də Azərbaycan Respublikası VəkillərKollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə “Dövləthesabına hüquqi yardım” mövzusunda “Zoom” platforması vasitəsiləÜmumrespublika Müşavirəsi keçirilib.

Trend xəbərverir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, müşavirədə ARVK Vəkillər Kollegiyası RəyasətHeyəti, İntizam və İxtisas Komissiyalarının üzvləri, 120-dən çoxVəkil bürolarının rəhbərləri və fərdi vəkillər iştirak edib.

Tədbirdə dövlət büdcəsi vəsaiti hesabına göstərilən hüquqiyardımla bağlı aparılan monitorinqin nəticələrinin təhlili, busahədə mövcud olan problemlər müzakirə olunub.

Müşavirəni giriş sözü ilə açan ARVK sədri Anar Bağıroviştirakçıları salamlayıb, onları qarşıdan gələn Zəfər Günü, DövlətBayrağı Günü və Konstitusiya Günü münasibətləri ilə təbrikedib.

Sədr nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin Azərbaycanvəkilliyinə göstərdiyi diqqət və böyük etimadın nəticəsi olaraq 03aprel 2019-cu il tarixli Fərmanı ilə dövlət büdcəsi hesabınagöstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitinin ödənilməsiVəkillər Kollegiyasına həvalə edilib. Bu sahədə Kollegiya özüzərinə götürdüyü öhdəlikləri tam icra edir. Bununla əlaqədarolaraq ARVK Rəyasət Heyəti tərəfindən qısa müddətdə müvafiq işlərgörülüb, o cümlədən dövlət hesabına göstərilən hüquqi yardıma görəölkə üzrə bütün vəkil qurumlarında və fərdi qaydada fəaliyyətgöstərən vəkillərə haqqın (məbləğlərin) ödənilməsi işlərimərkəzləşdirilmiş qaydada təşkil edilib, aidiyyəti sənədlərin dəqiquçotunun aparılması təmin olunub.

Sonra Anar Bağırov indiyədək dövlət hesabına göstərilən hüquqiyardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədəiclas iştirakçılarına məlumat verib, bu sahədə mövcud olan bəziproblemləri, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgüntərtib olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi,vəkil qurumlarına və fərdi vəkillərə təyinat üzrə qərarlarıngöndərilməsi zamanı aidiyyəti dövlət qurumları tərəfindən seçkiliyanaşma, formal vəkillik və s. kimi nöqsanları büro rəhbərlərinindiqqətinə çatdırıb.

Daha sonra ARVK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinindirektoru Şahmar Məmmədov çıxış edərək ötən il ərzində Mərkəztərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib,bəzi vəkillər tərəfindən dövlət büdcəsi vəsaiti hesabına həyatakeçirilən hüquqi yardım zamanı nöqsanlara yol verildiyinivurğulayıb.

Sonda məsələ ətrafında geniş müzakirələr aparılıb, təcrübədərastlaşılan bir çox problemlər qeyd olunub və bu sahədə gələcəkfəaliyyət ilə bağlı konkret praktiki təkliflər irəli sürülüb.

Vəkillər
Vəkillər
Vəkillər
Vəkillər
Избранный
28
7
az.trend.az

10Источники