RU

Klub prezidenti: "Qarabağ"ı məğlub edəcəyik"

Rumıniya FKSB klubunun rəhbəri Cici Bekali “Qarabağ”la Bakıda keçiriləcək Avropa Liqasının əsas mərhələsinin oyunu barədə danışıb.

Sportnet.az xəbər verir ki, funksioner Ağdam klubunu məğlub edə biləcəklərini söyləyib: “Püşkatmadan əvvəl demişdim ki, 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edəcəyik. Hələlik iki qələbəmiz və heç-heçəmiz var. Düşünürəm ki, “Olimpiakos”u, sonra “Qarabağ”ı məğlub edəcəyik. İstəyirəm ki, ilk "8-lik"də yer alaraq pley-offa yüksələk”.

“Qarabağ” – FKSB oyunu gələn il yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək. Hazırda Rumıniya çempionu 9 xalla ümumi cədvəldə 8-ci, “Qarabağ” isə isə 3 xalla 29-cu pillədədir.


Избранный
22
5
sportnet.az

3Источники