RU

Dövlət katibi vəzifəsinə namizəd ABŞ-ın sülh strategiyasını açıqladı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə namizədi Marko Rubio sülhə nail olmaq üçün güc mövqeyindən çalışacağını və Birləşmiş Ştatların maraqlarını hər şeydən üstün tutacağını bildirib.

Bizim.Media xəbər verir ki, Rubio sülh strategiyasını X sosial şəbəkəsindəki yazısında açıqlayıb.

“Biz Prezident Trampın rəhbərliyi ilə sülhə güc vasitəsilə nail olacağıq və həmişə amerikalıların və Amerikanın maraqlarını öndə tutacağıq”, - deyə o yazıb.

Rubio, həmçinin ona göstərdiyi etimada görə Trampa təşəkkür edib və seçilmiş prezidentin xarici siyasət proqramını həyata keçirmək üçün durmadan çalışacağına söz verib.

Florida ştatından olan senator Marko Rubio xarici siyasətə dair sərt baxışları, o cümlədən Çinlə rəqabətin gücləndirilməsi ideyası, İsrailə dəstək və İranın nüvə proqramına qarşı çıxması ilə tanınır.

Bizim.Media

Избранный
23
1
bizim.media

2Источники