RU

"İqlim layihələri üçün birgə çalışmaq "onurğa sütunu"dur" - BƏƏ rəsmisi

"Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir".


Sfera.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini, daxili işlər naziri Şeyx Saif bin Zayed əl-Nəhyan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.


Onun sözlərinə görə, iqlim dəyişmələrinin yaratdığı fəsadlarla bağlı stastika 2023-cü ildə rekord həddə çatıb, orta temperatur 1.5 dərəcəyə yaxınlaşıb:


"Biz iqlim dəyişikliyi ilə bağlı özümüzə qarşı dürüst olmalıyıq. Bu ekoloji terrorizmi törədənləri tapmalıyıq. Bəzi ölkələr ekoloji sahədə bir-birilərinə maneələr yaradırlar".


Nazir müavini bildirib ki, dünyada meşə yanğınları ilə havaya 8 milyard dioksid qazı buraxılır, bu isə havaya atılan emissiyaların 20 %-idir:


"İqlim layihələri üçün birgə çalışmaq "onurğa sütunu"dur. Hüquq-mühafizənin gücləndirilməsi ilə daha da səmərəli mübarizə aparmağı vacib edir".

 

Firuzə Əliyeva

Избранный
5
5
sfera.az

8Источники