"Bura qələbə qazanmaq üçün gəlmişik. Komanda olaraq oyuna hazırıq. Ümid edirəm ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik".
QOL.az xəbər verir ki, bu sözləri Estoniya millisinin üzvü Maksim Paskoçi Millətlər Liqasının 5-ci turunda sabah Azərbaycana qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, görüş haqqında fkirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb.
- Qəbələdə oynamağın futbolçulara mənfi təsiri olacaq?
- Bizə lazım olan sadəcə futbol meydançası və topdur. Bunun bizə təsir edəcəyini düşünmürəm.
- Azərbaycan millisindən hansısa oyunçunu tanıyırsınız?
- Mən üzərimə düşəni etmişəm, rəqibin hücumçularını təhlil etmişəm. Bundan daha önəmli olan komanda olaraq düzgün müdafiə olunmağımızdır.