RU

Liberiya nümayəndəsi: "COP29-dan xalqımızın həyatını yaxşılaşdırmaq üçün real nəticələr gözləyirik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Biz COP29-dan yaxşı nəticə gözləyirik ki, geniş tropik meşələrə malik olan Liberiya karbon bölgüsü üzrə ödənişlərini almağa başlasın".
Bunu Oxu.Az-a açıqlamasında Liberiya təmsilçisi, "Champions for Change" qrupunun lideri, "Red Plus Convenient Liberia"nın nümayəndəsi Dominik T.Cons deyib.
Onun sözlərinə görə, Liberiyada əsas problemlərdən biri meşənin kənarında yaşayan və ondan çox asılı olan yerli əhalinin bu meşələri qorumaq üçün davamlı çağırışlar səbəbindən adekvat resurslardan istifadə edə bilməməsidir.
"Meşələri qorumaq üçün yerli əhali müəyyən güzəştlər almalıdır. Biz onlar üçün real dolanışıq vasitələri istəyirik, bunun gələcəkdə baş verəcəyinə dair davamlı vədlər yox", - Liberiya nümayəndəsi vurğulayıb.
Dominik T.Consa görə, liberiyalıların təxminən 70%-i kənd təsərrüfatı məqsədləri və digər ehtiyaclar üçün əsasən meşələrdən istifadə edir.
"Əgər siz onlardan iqlim dəyişikliyinə görə meşələri xilas etmələrini istəyirsinizsə, xalqımızın həyatını yaxşılaşdırmaq üçün onlara qarşılıq verin", - deyə Liberiya təmsilçisi vurğulayıb.
Rufina Abdullayeva
Избранный
22
50
oxu.az

10Источники