RU

Ukrayna Bryanskini bombaladı: 4 il əvvəl Azərbaycanın dərinlikləri də hədəfdəydi 

Xəbər vermişdik ki, 2-3 gün əvvəl ABŞ Prezidenti Bayden Ukraynaya Rusiyanın dərinliklərinə 300 km mənzilli ATACMS raketləri ilə zərbə endirməyə icazə verib.


Bu günki xəbərlərdə isə Ukrayna Müdafiə Qüvvələri ilk dəfə olaraq Rusiya ərazisinə ATACMS ballistik raketləri ilə hücum etdiyi deyilir.
Məlumatı news.obozrevatel.com saytı yayıb.
Ukrayna qoşunları Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyekti vurub. Hədəf uğurla məhv edilib:

“Karaçev Rusiyanın Bryansk şəhəri yaxınlığında və Ukrayna sərhədindən təxminən 130 km aralıda yerləşir. 2024-cü il noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək Müdafiə Nazirliyinin Karaçevdəki arsenalına hücum edib. Gecə saat 02.30-a olan məlumata görə, hədəf bölgədə 12 ikinci dərəcəli partlayış və partlama qeydə alınıb”.
Amma Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz “Kiyev rejiminin terror hücumuna cəhdinin qarşısını aldığını” açıqlayıb. O, iddia edir ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri "10-a yaxın təyyarə tipli PUA aşkar edib və məhv edib".

 P.S. Nədənsə,  2020-ci ildə Azərbaycanın  dərinliklərinə atılan "İsgəndər-M" ,  "Toçka-U" , "SKAD" adlı  ballistik raketlərin dinc insanları kütləvi şəkildə məhv etməsi  yadıma düşdü.

Əntiqə Rəşid

Избранный
11
30
adalet.az

10Источники