RU

İranda polis əməkdaşlarına hücum olub, ölən və yaralananlar var

İranın Sistan-Bəlucistan əyalətinin Bəmpur şəhərində polis patruluna hücum nəticəsində bir polis əməkdaşı ölüb, 4-ü yaralanıb.

7News.Az "Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran baş polis qüvvələri komandanı Əhmədrza Radan bildirib.

Məlumata görə, noyabrın 2-də gecə saatlarında 12-ci polis patrul xidmətinə hücum olub. Polis əməkdaşlarına hücumu "Ceyş əl-Zalm” adlı qruplaşmanın həyata keçirdiyi ehtimal olunur.
Избранный
129
6
7news.az

7Источники