AZ

Azərbaycanda ən yaşlı qadın və kişi seçici kimdir?

Azərbaycanda ən yaşlı seçici Lənkərandan olan qadındır.

“Sherg.az” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, həmin qadın 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizovadır və o, 78 saylı Lənkəran seçki dairəsinin seçicisidir:

"Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimovdur".

MSK sədri əlavə edib ki, əlil arabasında səsverməyə gələn və görmə məhdudiyyəti olan vətəndaşlar da tam hüquqlu seçicilərdir:

"Buna görə onların səsverməsi üçün məntəqələrdə şərait yaradılıb. Məntəqələrin girişində əlil arabaları üçün panduslar quraşdırılıb və Brayl əlifbası ilə çap edilən trafaretlər paylanılıb".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
6
sherg.az

10Mənbələr