AZ

Azərbaycanda ən yaşlı qadın və kişi seçicilərin kimliyi məlum olub

Azərbaycanda ən yaşlı seçici Lənkərandan olan qadındır.



NUHÇIXAN-ın məlumatına görə, bunu mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, həmin qadın 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizovadır və o, 78 saylı Lənkəran seçki dairəsinin seçicisidir: "Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimovdur".
MSK sədri əlavə edib ki, əlil arabasında səsverməyə gələn və görmə məhdudiyyəti olan vətəndaşlar da tam hüquqlu seçicilərdir: "Buna görə onların səsverməsi üçün məntəqələrdə şərait yaradılıb. Məntəqələrin girişində əlil arabaları üçün panduslar quraşdırılıb və Brayl əlifbası ilə çap edilən trafaretlər paylanılıb".








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
25
nuhcixan.az

10Mənbələr