AZ

Ən yaşlı qadın və kişi seçici - Fotolar

Azərbaycanda ən yaşlı kişi və qadın seçicilərin adı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov danışıb.

Onun sözlərinə görə, onlardan ən yaşlısı Lənkərandan olan qadın seçici 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizovadır. O, 78 saylı Lənkəran seçki dairəsinin seçicisidir.

Ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimovdur.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
25
qafqazinfo.az

10Mənbələr