AZ

Sanksiyalar Rusiyada LNG sənayesinin inkişafına necə təsir edib?

Qərb ölkələrinin Rusiyanın enerji sektoruna qarşı tətbiq etdiyi sanksiyalar təbii qaz hasilatı və mayeləşdirmə (LNG) sənayesinin inkişafına mane olmur. 

Valyuta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının energetika nazirinin birinci müavini Pavel Sorokin bildirib.

"Sanksiyaların tamamilə təsiesiz olduğunu söyləmək olmaz, lakin biz görürük ki, onlar [ölkənin] LNG sənayesinin inkişafı planlarına mane olmur və ya onu dayandırmırlar", - o, Şərq İqtisadi Forumunda deyib.

Sorokinin sözlərinə görə, Rusiyadan LNG alan rus tərəfdaşları bu sənayenin inkişafında maraqlıdırlar.

Almaniyanın Die Welt nəşri sentyabrın 2-də yazıb ki, Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin ikinci rübündə Rusiyadan ABŞ-dan daha çox qaz idxal edib. Bu dövrdə ABŞ Avropa İttifaqına təqribən 12,27 milyard kubmetr, Rusiya Federasiyası isə 12,73 milyard kubmetr LNG tədarük edib. 

Daha əvvəl bildirilmişdi ki, Avropada LNG-nin qiymətləri yayda 16% artaraq 1 min kubmetr üçün 449 dollar təşkil edib. Yanacağın bahalaşmasının əsas səbəbləri arasında regionda isti hava şəraiti, tədarükün Asiyaya yönləndirilməsi və Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu göstərilir.

Nicat

Seçilən
117
1
valyuta.az

7Mənbələr