AZ

Belçika Aİ-ni Rusiyadan LNG tədarükünü qadağan etməyə çağırıb

Belçika Avropa İttifaqını Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qadağa tətbiq etməyə çağırıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Financial Times yazır.

 

“Rusiya qazı Belçikaya axmağa davam edir. Mən bu məsələni diqqətlə öyrənmişəm və qaz qanunvericiliyi burada kömək etməyəcək. Bizə ümumavropa yanaşması lazımdır”, - deyə ölkənin energetika naziri Tinne van der Straten bildirib.

 

2023-cü ildə Belçika Rusiya LNG-nin ən böyük üç ixracatçısından biri oldu. Ölkə ikinci yeri tutdu. İspaniya lider oldu.

 

Avqustun sonunda Aİ Rusiyadan LNG alışını kəskin şəkildə azaldıb. Ötən illə müqayisədə azalma 27% təşkil edib. İdxalın həcmi sutkada 230,9 milyon kubmetrə qədər azalıb.

 

Bu, 2021-ci ilin payızından bəri minimum göstəricidir. Təkcə ilk səkkiz ayda Avropa Rusiyadan 73,8 milyard kubmetr LNG alıb ki, bu da 2023-cü ilin eyni dövrü üçün idxalın həcmindən 17% azdır.

 

Nigar

 

Seçilən
64
1
oxu24.com

7Mənbələr