Avrostatın məlumatına görə, bu ilin iyul ayında Avropa İtifaqı ölkələri Rusiyadan dəmir və polad alışını iyun ayı ilə müqayisədə 39,6% artıraraq 227 milyon avroya çatıb.
Valyuta.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Bununla belə, 2024-cü ilin ilk yeddi ayında bu metalların Rusiyadan Aİ-yə ümumi ixracı 1,7 milyard avro təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% azdır. İtaliya idxalda lider olub, alışları 2,5 dəfə artıraraq 105 milyon avroya çatdırıb.
Onu 25% artımla 43 milyon avroya çatdıran Belçika və idxalı 40 faiz artıraraq 28 milyon avroya çatdıran Çexiya izləyir.
İyulda Aİ ölkələrinin Rusiyadan metal alışlarının ümumi həcmi 430 milyon avroya çatıb. Bu, iyun ayı ilə müqayisədə 83 milyon avro çoxdur. Yeddi ay ərzində idxalın ümumi azalmasına baxmayaraq, iyul artımı Avropa ölkələrində Rusiya metallarına marağın yenidən artdığını göstərir.
Paşa Məmmədli