Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik edilib.
Prospekt.Az xəbər verir ki, əsas yığmanın UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç (1:3) və Slovakiya (0:2) ilə oyunlarında iştirak ərizəsində yer alan “Sabah”ın qapıçısı Yusif İmanov və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə U-21-in heyətinə cəlb olunublar.
Qeyd edək ki, U-21 sentyabrın 10-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da Serbiya yığması ilə qarşılaşacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta