AZ

Nəriman Axundzadə və Yusif İmanov U-21 millimizdə

“Sabah”ın qapıçısı Yusif İmanov və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə Azərbaycanın U-21 yığmasının heyətinə cəlb olunublar.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik edilib. Əsas yığmanın UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç (1:3) və Slovakiya (0:2) ilə oyunlarında iştirak ərizəsində yer alan Yusif İmanov və Nəriman Axundzadə U-21-in heyətinə cəlb olunublar.

Qeyd edək ki, U-21 sentyabrın 10-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da Serbiya yığması ilə qarşılaşacaq.

Seçilən
63
17
arena.az

10Mənbələr