21 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik edilib.
"Football-plus.az" xəbər verir ki, bu haqda AFFA-nın yaydığı açıqlamada bildirilib.
A millinin Millətlər Liqasının qrup mərhələsində İsveç (1:3) və Slovakiya (0:2) ilə oyunlarında iştirak ərizəsində yer alan “Sabah”ın qapıçısı Yusif İmanov və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə U-21-in heyətinə cəlb olunub.
Qeyd edək ki, U-21 sentyabrın 10-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da Serbiya yığması ilə qarşılaşacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta