Qeyd edilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 3,9% artıb. İstifadə olunmuş investisiyanın 5587 milyon manatı və ya 49,8%-i məhsul istehsalı sahələrinə, 4287,3 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 1342,6 milyon manatı (12%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 9315,8 milyon manatını və ya 83,1%-ni daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 8090,5 milyon manatı və ya 72,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta