AZ

Azərbaycanda əsas kapitala investisiyalarda illik 3 % artım proqnozlaşdırılır

Azərbaycanda ortamüddətli dövrdə əsas kapitala investisiyalarda illik 3 % artım proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliynin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” da öz əksini tapıb.

Məlumata görə, 2025-ci ildən 2027-ci ilin sonuna qədər neft-qaz sektoruna kapital qoyuluşlarında, həmçinin daxili investisiyalarda artım gözlənilir.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 11 milyard 216,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çox investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 2,4 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 3,9 % artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
banco.az

10Mənbələr