Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Matc.az xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutacaq. Saat 15:00-da başlayacaq iclasın gündəliyində bu məsələlər yer alıb: 1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi 2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat 3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı 4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr 5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi 6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi 7. Qadın Liqaların 2024-2025-ci illər mövsümü üçün təkliflərin müzakirəsi 8. Digər məsələlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta